Qarlı hava şəraiti nə qədər davam edəcək? - - AÇIQLAMA
Fevralın 20-si səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək.
Bunu Mynews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dünən axşamdan və fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində havanın temperaturu 8-10 dərəcə aşağı enib.
“Respublikanın Böyük Qafqazda yerləşən rayonlarında düşən yağıntının miqdarı 4-11 mm olub. Yağan qarın hündürlüyü Altıağacda 14 sm, Qubada 11 sm, Şahdağda 10 sm, Qusar və Xınalıqda 7 sm, Qrızda 6 sm, Mərəzədə 3 sm, İsmayıllıda isə 1 sm-dir”.
O bildirib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında sulu qarın yağması davam edəcək:
“Şəhərətrafı ərazilərdə və Bakı şəhərinin nisbətən yüksək olan hissələrində axşama doğru zəif qar örtüyü əmələ gələ bilər”.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 931 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 911 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 903 dəfə oxunub