Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hava şəraiti dəyişir - Yağış və qar yağacaq

Fevralın 24-də ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bunu Mynews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əsasən, yağmursuz hava şəraiti olacaq.

Lakin fevralın 24-ü axşam saatlarında bəzi şimal-şərq rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”, - deyə Gülşad Məmmədova qeyd edib.

İlhamə Əbülfət

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...