Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

8 Marta olan hava proqnozu

Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq. 

Bunu Mynews.az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq  ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı  isidəcək”, - direktor vurğulayıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...