Bakıda temperatur aşağı enəcək, yağış yağacaq - İstirahət gününün havası
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın, əsasən qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.
Xəbərdarlığa görə, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.
Martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 924 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub