Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah HAVA necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman qeydə alınacaq, mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 15-18° isti, gündüz  24-28°, Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  29-34° isti, dağlarda gecə 10-15° isti,  gündüz 17-22°  isti təşkil edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...