Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 32 dərəcə isti olacaq

İyunun 2-si Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim cənub küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-45 faiz olacaq.   

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəçək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...