Bu gün leysan yağacaq

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında 25-27, Bakıda 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq.
Sentyabrın 7-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Abşeron çimərliklərində sabah mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 7-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 23-28, dağlarda 13-18 dərəcə isti təşkil edəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 929 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 920 dəfə oxunub
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 918 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 915 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 913 dəfə oxunub