Sabah rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Mynews.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 24-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 933 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 910 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 901 dəfə oxunub
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA 596 dəfə oxunub
- Neft qiymətləri ucuzlaşır 596 dəfə oxunub