Bu gün yağış və qar yağacaq, duman olacaq

Azərbaycanın dağlıq və dağətəyi rayonlarına qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə duman qeydə alınacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 928 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 917 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 911 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 594 dəfə oxunub