Azərbaycanda leysan yağış yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 10-u gündüzədək ölkə ərazisində hava qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Balakəndə 32, Zaqatalada 22, Ağstafada 21 (aylıq normanın 39 faizi), Oğuzda 20, Sarıbaşda (Qax) 17, Tovuzda 16 (aylıq normanın 30 faizi), Mingəçevirdə 14 (aylıq normanın 31 faizi), Şəkidə 13, Göygöldə 12, Qubada 11, Tərtər, Qəbələ, Naftalan, Kişçay (Şəki), Ceyrançöldə 10, Qusar, Daşkəsəndə 8, Xaltan, Gəncə, Sədərək, Şərurda 7, Şabran, Bərdə, Yardımlı, Gədəbəydə 6, Lerik, Göyçay, Altıağac, Xaçmaz, Qrız, Şəmkir, Ağdərədə (Ordubad) 5, Beyləqan, Ağdamda 4, Lənkəran, Astara, İsmayıllı, Şamaxı, Naxçıvan, Zərdab, Nabran, Şahbuzda 3, Cəfərxan, Ordubadda 2, Şahdağ, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Mərəzədə 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 4, Bakı, Zabratda 2, Maştağa, Binədə 1 mm olub. Şimal-qərb küləyinin sürəti Naftalanda arabir 26 m/s, Tərtərdə 23 m/s, Tovuz, Ağstafa, Neftçala, Gəncədə 20 m/s, Şəmkirdə 18 m/s, Abşeron Dəniz rayonunda arabir 15-19 m/s-dək güclənib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 934 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 911 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 902 dəfə oxunub
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA 598 dəfə oxunub
- Neft qiymətləri ucuzlaşır 597 dəfə oxunub