Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq, cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 32-34 dərəcə olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 929 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 920 dəfə oxunub
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 918 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 915 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 913 dəfə oxunub