Sabah şimal və qərb rayonlarına yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Türkiyəyə səfər edənlərin NƏZƏRİNƏ 945 dəfə oxunub
- Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ 934 dəfə oxunub
- Sabah hava necə olacaq? 930 dəfə oxunub
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 924 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 915 dəfə oxunub