Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən verilən xəbərə görə, noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 595 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 590 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 589 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 588 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 588 dəfə oxunub
loading...