İyulda Azərbaycanda qar yağdı
Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 sm-lik qar örtüyü əmələ gəlib.
Mynews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi.
“Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.
Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub.
“Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 mm (aylıq normanın 108 faizi), Zaqatalada 80 mm (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”.
U.Tağıyeva onu da bildirib ki, yaxın günlər ərzində əksər rayonlarda havanın yağmursuz olacağı gözlənilsə də, lakin ayın 9-dək şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1114 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1101 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1101 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1098 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 995 dəfə oxunub