Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həyacan təbili - iqlim cəhənnəmi yaxınlaşır

Ümumdünya Meteorologiya Təşkilatı Yer planetinin sakinlərini "iqlim cəhənnəmi"nə hazırlaşmağa çağırıb
Alim-meteoroloqlar bəyan ediblər ki, 2017-ci ilin növbəti 9 ayında Yer planetinin sakinlərini iqlim cəhənnəmi gözləyir. Onlar əmindirlər ki, yaxın aylarda anomal iqlim dəyişiklikləri tədricən bütün dünyanı əhatə edəcək.
Son zamanlar insanların rastlaşdığı eyni problemlər bəşəriyyəti gözləyən problemlərin kiçik bir hissəsidir. Sputnik Azərbaycan-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) mütəxəssisləri hesab edirlər ki, Yer planetinin sakinləri iqlim cəhənnəminə hazırlaşmalıdırlar. Onlar "Yer kürəsi anomal dəyişikliklər ərəfəsindədir" deyə bildiriblər.

Xatırladaq ki, ötən il Peruda irimiqyaslı sel fəlakəti yaşanmışdı və 100-ə yaxın adam həyatını itirmişdi. 100 mindən artıq insan isə evini tərk etmək məcburiyyətində qalmışdı. 2016-cı ildə ABŞ-da güclü qar yağmışdı. Bir neçə ştata toyuq yumurtası böyüklüyündə dolu düşmüşdü. ÜMT bildirir ki, ildən-ilə belə hadisələr tez-tez təkrarlanacaq və daha da güclənəcək: "Sel daşqınları, hətta indiyə qədər heç vaxt müşahidə olunmayan yerlərdə də baş verməyə başlayacaq. Yayda isə hətta mülayim iqlimi olan ölkələrdə də kəskin istilər olacaq". Alimlər əmindirlər ki, yerliləri gözləyən bu kataklizmlər əvvəllər baş vermiş bütün fəlakətlərin cəmini belə ötüb keçəcək. Elm adamları daha yaxşıya ümid etməməyi və qarşıdakı qorxunc iqlim dəyişikliklərinə hazır olmağı tövsiyə edirlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...