Bürclər - 21 aprel
Qoç - bir-birinizi rahatlıqla anladığınız insanlarla təmaslara can atın. Yaxın gələcəklə bağlı planları müzakirə edin.
Buğa - süst, astagəl olmayın. Nəzərdə tutduğunuz işə vaxt itirmədən başlayın. Birgə və ya qrup şəklində fəaliyyət daha yaxşı nəticə verəcək.
Əkizlər - informasiya mübadiləsi, yazışma, məsləhət almaq üçün yaxşı gündür. Səfərə çıxmaq, dostlarla görüşmək, tanışlarla hal-əhval tutmaq olar. Qarşılıqlı fəaliyyətin başqa məqamları sizi maraqlandırırsa, nigaran qaldığınız məsələni müzakirə edin.
Xərçəng - anlaşılmazlıq sədləri asanlıqla dəf edilsə də, mükalimələrdə mövzu dərinliyinə ümid etməyin. Praqmatik məsələlərin həlli üçün yaxşı vaxtdır. Axşam saatlarında istirahəti sakit keçirin.
Şir - çətin gündür. Ağır işlərə mənəvi və fiziki baxımdan hazır olun. İzafi gərginliyə səbəb yaratmayın. İşi tam, nöqsansız görün.
Qız - heç nəyi mürəkkəbləşdirməməklə yanaşı, sizin üçün önəmli olan insanlarla təmaslarda mühüm məqamlardan yan keçməyin. Diqqətinizə ehtiyac duyanları yaddan çıxarmayın.
Tərəzi - səhhətinizin qeydinə qalın. Ailə üvləriniz və yaxınlarınızla daha çox vaxt keçirin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Fiziki işin həcmini artıra bilərsiniz.
Əqrəb - qarşılıqlı təmaslar və ünsiyyətdə aktiv olun. Təəssüratlar və informasiyalar bol olacaq. İnternetdə yazışmaq, dostlar və tərəfdaşlarla ümumi məsələni müzakirə etmək olar. Evdə səmimi və mehriban olun, məişət məsələlərinə diqqət ayırın.
Oxatan - hisslərinizlə emosiyalarınıza məhdudiyyət qoymayın. Yeni prioritetləri müəyyənləşdirməyə imkan verəcək sözlərin eşidiləcəyi önəmli söhbət, ya da müzakirə istisna deyil. Axşam saatlarında sevdiyiniz insanla rahat ünsiyyət üçün vaxt tapın.
Oğlaq - müxtəlif işlər görməli olacaqsınız.
Axşam saatlarında bir qədər dincəlməyə çalışın. İstədiyiniz təki istirahət edin.
Hərəkət, fiziki işlərdə fayda var.
Dolça - işin az olmayacağı gündür. Özü də işlər fərqli, çeşidlidir. Planladığınız məqamlarla yanaşı, əlavə problemlərin həllinə ehtiyac yaranacaq. Danışıqlar və sövdələşmələr, yazışma, görüş və müzakirələr qaçılmazdır. Bir sözlə, fəal ünsiyyət vaxtıdır.
Balıqlar - bir müddət sonra konkret işə başlayın. Spontan cəlb olunduğunuz tədbir və ya prosesdən yayınmayın.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub