Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir Azərbaycan filmi ABŞ-da mükafatlandırıldı

Rejissor İlqar Safatın “İçəri şəhər” bədii filmi ABŞ-ın Texas ştatında 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında “Qızıl remi” mükafatına layiq görülüb.

Filmin ideya müəllifi, eləcə də baş rollardan birinin ifaçısı Təhminə Rafaelladır. O, həm də ən yaxşı qadın rolu nominasiyasına təqdim edilmiş beş aktrisadan biridir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Worldfest Houston” 1961-ci ilin avqust ayında təsis edilib. Bu, San-Fransisko və Nyu-Yorkdan sonra Şimali Amerikada üçüncü beynəlxalq film festivalıdır.

Builki festivalda 60-dək tammetrajlı film nümayiş etdirilib.

AZƏRTAC

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...