Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mədəniyyətimizi təbliğ edən yeni bir layihə

Fevralın 4-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında yeni layihəyə start veriləcək. Layihə çərçivəsində bir sıra ölkələrdən olan rəssamların Azərbaycanla bağlı çəkəcəkləri əsərlərdən ibarət sərgi açılacaq.

Mynews.az xəbər verir ki, layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Məqsəd ölkəmizin mədəni zənginliyini müxtəlif mədəniyyət və adət-ənənəyə malik rəssamların yaradacaqları əsərlər fonunda təqdim etmək və beynəlxalq mədəni əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...