Xalq artistinin vəziyyəti ağırdır
Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.
Mynews.az xəbər verir ki, bu barədə AzVision.az-a Xalq artistinin oğlu Hafiz Həmidov bildirib. Onun sözlərinə görə, Qəndab Quliyevanı Türkiyəyə aparmaq istəsə də, həkimlər icazə verməyib.
“Anamın səhhətində ümidverici irəliləyiş yoxdur. O, hazırda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. Anam insult keçirib və ürəyindən əməliyyat olunub. Əməliyyatdan sonra ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. Ciyərlərinə tez-tez su yığılırdı”.
H.Həmidov anasının müalicə aldığı xəstəxanada gündəlik 1600 manat ödəniş edildiyini deyib.
“Bura özəl xəstəxanadır. Xərcləri çoxdur. Hər gün 1600 manat ödəməliyik. Anamı Türkiyəyə aparmaq istədim. Ancaq həkimlər icazə vermədilər. Bildirdilər ki, onu aparatdan ayırsalar, həyatını itirə bilər. Ümidsiz vəziyyətdə qalmışıq. Hacı Nuran anamın yanına gəlmişdi. O, xəstəxananın rəhbərliyi ilə danışdı. Bildirdi ki, qiymətlərdə bizə 10-15% güzəşt ediləcək. Amma bütün hallarda əsas məbləğ qalır”.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub