Millət vəkili etiraz etdi: - "Həmin səhnənin çıxarılmasını tələb edəcəm" - VİDEO
Məlumat verdiyimiz kimi, aktyor Şahan Gökbaharın yeni filmi "Recep İvedik 5"in treyleri yayımlanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmin fraqmentdəki boks səhnəsi həm Azırbaycan, həm də Türkiyədə böyük səs-küyə səbəb olub.
Belə ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır.
Bu səhnəyə Türkiyədə AK Partinin millət vəkili Necdet Ünüvardan kəskin etiraz gəlib:
“Kim qazanarsa qazansın, sonda matçı uduzan qalibi mədəni şəkildə təbrik edər. Türkiyə və Azərbaycanın digər ölkələr ilə olan mübarizəsində Azərbaycan Türkiyəni, Türkiyə də Azərbaycanı dəstəkləyir. Azərbaycanlı idmançı başqa ölkədən olan rəqibini məğlub etdikdə, türkiyəli azərkeşlər qardaşlarımızın bayrağını, türk idmançı da qalib olduğu zaman azərbaycanlılar Türkiyə bayrağını dalğalandırmaqdan qürur duyurlar. Bizim öyrəşdiyimiz səhnə budur. Filmdəki o səhnə və ifadələr isə reallıqdan kənardır. Bu filmi bəhanə edilərək hazırda ən üst səviyyədə olan qardaşlığımıza kölgə düşürmək lazım deyil".
Millət vəkili qeyd edib ki, filmin aktyoru Şahan Gökbakara və rejissora narazılıqlarını dilə gətirəcək məktub yazacaq:
“Həmin məktubda Türkiyə və Azərbaycan münasibətlərini düzgün yansıtmayan səhnənin çıxarılmasını tələb edəcəyəm”.
Xatırladaq ki, ötən gün bununla bağlı Şahan özü də İnstaqram hesabında azərbaycanıların onu səhv anladıqlarını və fraqmentdə hadisələrin yarımçıq verildiyini bildirib. O, hesabında həmin səhnə ilə bağlı bütöv video paylaşaraq, yazıb:
"Biz kədərləndirmək üçün deyil, güldürmək üçün varıq. Bizdən qardaş ölkəyə səhv addım olmaz. Fraqmentdə sadəcə son bölüm paylaşıldığı üçün səhnəni başqa istiqamətdə başa düşmüsünüz. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atırıq. Hamınızı sevirik".
Videoya baxdıqda, görünür ki, orada Rəcəp "Bir-birimizə vurmayaq" deyir. Bundan sonra azərbaycanlı boksçu onun sifətinə iki dəfə vurur və "Mən burda cəng etməyə gəlmişəm", söyləyir. O zaman Rəcəb də ona cavab verir.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 998 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 960 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 950 dəfə oxunub