Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artistinin qızı - "Anamın yaşaması üçün mübarizə aparırıq" - Foto

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Lənkəran Dövlət Dram Teatrının aktrisası, xalq artisti Böyükxanım Əliyevanın səhhəti ağır olaraq qalır.

Aktrisanın qızı Səbinə Məsimova anasının səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Anam hələ də reanimasiyadadır. Neçə gündür ki, yemək yemir, sistemlər vurulur. Həkimlər deyir ki, qanaxması dayanıb, amma buna arxayın olmaq olmaz. Çünki onikibarmaq bağırsaqdan mədəsinə gedən damarın üstü örtülməlidir. Yemək yesə, həmin damar yenə deşilə bilər. Qanaxma zamanı itirilən qan anamın halını daha da pisləşdirib. Hemoqlabinin yüksəlməsi üçün həkimlər mübarizə aparır. Çünki qanı çox aşağıdır. Anam hemoqlabini yüksələndən sonra palataya köçürüləcək”.

S. Mənsimova bütün tibbi xərcləri özlərinin ödədiklərini deyib:

“Hələ ki, bütün xərcləri özümüz çəkirik. Amma anamın çalışdığı Lənkəran Teatrının direktoru və bütün həmkarları zəng edib, maraqlanır, köməklərini təklif edirlər. Uşaq Teatrının rəhbəri İntiqam Soltan, Yuğ Teatrının direktoru Tərlan Rəsulov bu gün gəlib qan verdilər. Hamısına minnətdarlığımı bildirirəm. Anamın yaşaması üçün mübarizə aparırıq. Əsas odur ki, anam kritik vəziyyətdən çıxsın, palataya köçürülsün”.

Qeyd edək ki, B.Əliyevanın onikibarmaq bağırsağın xorasından əziyyət çəkir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...