Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağ həqiqətlərindən bəhs edən filmin çəkilişlərinə start verildi - FOTO

Füzuli rayonu ərazisində “Son nəfəsədək” adlı Qarabağ həqiqətlərindən bəhs edən yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.

Mynews.az xəbər verir ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur.

Ekran əsərində baş rolları Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları canlandıracaqlar. Filmin orijinal tərəflərindən biri Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Ekran işinin beynəlxalq film festivallarına təqdimatı nəzərdə tutulur.

Film bu ilin payızında tamaşaçıların ixtiyarına veriləcək.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...