Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şair-dramaturq Camal Yusifzadə vəfat edib

 Şair, dramaturq Camal Yusifzadə 2017-ci il yanvarın 16-da, 75 yaşında vəfat edib. 
   Camal Yusif oğlu Bağırov (Yusifzadə) 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. 1965-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 
   Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, şöbə müdiri işləyib. 
   1991-ci ildən Azərbaycan Televiziyası və Radiosunda ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini, 1998-ci ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışıb. 
   “Atlılar, qanadlılar”, “Payızdan gələnlər”, “Ümiddən keçən yol” və s. kitabların müəllifidir. "Dağlar arxasız olmur", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub. 
   Camal Yusifzadə Lənkəranda dəfn olunub.
   Allah rəhmət eləsin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...