Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rejissorumuzun filmi beynəlxalq festivalda

Gənc rejissor Azər Quliyevin “Pa-Pa” adlı qısametrajlı filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunur.

Mynews.az azertag.az-a istinadən 14 dəqiqəlik film gənc oğlanın yaşadıqlarından bəhs edir. Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Film Festivalı bu gün başa çatacaq.

Məlumat üçün bildirək ki, Azər Quliyev 1997-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...