Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verildi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib.

Mynews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” qərar qəbul edib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...