Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlber Ortaylı: "Azəri adında millət yoxdur, bu, Stalinin uydurmasıdır"

Türkiyənin məşhur tarixçisi, professor-doktor İlber Ortaylı Stalinlə bağlı maraqlı açıqlamalar verib.

Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, məşhur alim Lüleburqazda bir tədbirdə iştirak edərkən bu fikirləri səsləndirib: "Azərbaycan başqa, azəri başqa. Türklər arasında azəri deyə bir millət yoxdur. Bunu xiyar Stalin özündən çıxarıb. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub".

Qurtuluş savaşından tutmuş Osmanlının modernləşməsinə, Balkanların türk xalqından tutmuş mədəni tarixə qədər bir çox mövzuda dinləyicilərin suallarına cavab verən alim ailəsi Bolqarıstandan köçən gənc bir tamaşaçının köklərini açıqlamağa çalışanda "Bolqarsan?" sualı ilə qarşılaşdığını anlatdıqdan sonra bunları deyib: " Azərbaycan başqa, azəri başqa. Türklər arasında azəri deyə bir millət yoxdur. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu xiyar Stalin özündən çıxarıb. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...