Azərbaycanda antik dövrə aid qəbiristanlıq aşkarlandı - FOTO
2011-ci ildən etibarən hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri aparılır.
Mynews.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, arxeoloji qazıntı işləri nəticəsində çox saylı kurqanlarla yanaşı, “Zangar” (Xınalıq) və “Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunub. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.
2017-ci ilin iyul ayından etibarən “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qəbiristanlıq aşkar edilib. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunub. Əldə olunan tapıntılar Xınalıqla Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan 5000 illik tarixə malik Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi olaraq qalır.
Qeyd edək ki, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir.
Azərbaycan prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunmasından sonra, Xınalıq kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması, dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər görülüb.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 977 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 946 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 936 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 935 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 933 dəfə oxunub