Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər
Alim Qasımov və Fərqanə Qasımova oktyabrın 29-da Nyu-Yorkun Rose Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
Mynews.az “AZƏRTAC”-a istinadən xəbər verir ki, konsert çərçivəsində tanınmış muğam ustaları “Leyli və Məcnun” əsərini təqdim edəcəklər. Bu mümkünsüz sevgi motivlərinə İpək Yolundan keçən bütün mədəniyyətlərdə rast gəlinir. Leyli və Məcnun fars və ərəb folklorunun əsas qəhrəmanları və XX əsrin əvvəlində yazılmış ilk müsəlman operasının əsas mövzusudur.
Səhnəyə muğam ustaları Alim Qasımov və Fərqanə Qasımova ilə yanaşı, “İpək yolu” ansamblı, xoreoqraf Mark Morrisin ilhamlandırıcı adaptasiyasında rəqs qrupu da çıxacaq. Mark Morrisin rəqs qrupu mərhum abstraksionist rəssam Hovard Hodjkinin dizayn verdiyi geyimlərdə olacaq.
Səhnədə Alim Qasımov dahi Üzeyir Hacıbəylinin bəstələrini Conni Qandelsman və Kolin Yakobsenin aranjimanında səsləndirəcək. Alim Qasımov Məcnunun, Fərqanə Qasımova isə Leylinin partiyasını oxuyacaq. Əsər ingilis titrləri ilə Azərbaycan dilində təqdim ediləcək.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 990 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 954 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 944 dəfə oxunub