Arzu Əliyevanın filmi London Parlamentində nümayiş olunacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə ekranlaşdırılmış və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi London Parlamentində nümayiş olunacaq.
Mynews.az AZƏRTAC-a istinadla xəbər verir ki, filmin nümayişi oktyabrın 17-də Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menziesin himayəsi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən 2015-ci ildə çəkilmiş filmdə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat verilir.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub