Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Şərq ekspresində qətl” filminin “Park Cinema”da ulduzlu nümayişi - FOTO

“Park Cinema” kinoteatrlar şəbəkəsi və “Addım” Gənclər Təşkilatı artıq 3 il davam edən “Cinemaya Addımla” layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən “ParkCinemaya Addımla” layihəsinin yeni sezonda ilk qonağı Əməkdar artist Tünzalə Ağayeva olub.

Mynews.az xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyniadlı əsərinin motivləri əsasında çəkdiyi “Şərq ekspresində qətl” filminə baxıblar. Nümayişdə media nümayəndələri, “Addım” Gənclər Təşkilatının üzvləri və T.Ağayevanın fan klubunun fəal üzvləri iştirak ediblər. 

Tədbirin əvvəlində “Addım” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Əməkdar artistin layihədə iştirakını alqışlayıb.  Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Tünzalə Ağayeva qonaqlarla birlikdə  “Bəhanə gəzirəm” adlanan son hitlərindən birini ifa edib. 

O, layihəyə görə təşkilatçılara təşəkkür edib, filmlə bağlı bunları söyləyib: “Aqata Kristi məni uşaqlıq xatirələrimə aparır. Xatırlayıram, uşaqlıqda anam məni məcbur edirdi ki, onun əsərlərini oxuyum. Bu gün isə biz şanslıyıq, çünki dünya premyerasından 3 gün öncə gənclərimizlə filmi izləyəcəyik”.

Qeyd edək ki, filmdə Kennet Brana, Mişel Pfayfer, Djonni Dep, Djudi Dench, Penelopa Krus və başqa məhşurlar rol alıblar.

Filmin sinopsisi isə belədir: Avropanın ən dəbdəbəli qatarlarının birində səyahət gözlənilmədən tarixin ən maraqlı sirrinə çevrilir. Film qatarın hər birinin şübhə altında olan on üç sərnişininin hekayəsindən danışır və yalnız xəfiyyə cinayətkar yeni zərbə vurmazdan öncə bu sirri mümkün olduğu qədər tez bir şəkildə araşdımalıdır.

Detektiv sevən kinomanlar bu filmi 9 noyabrdan “Park Cinema” şəbəkəsində izləyə bilərlər. Biletlər artıq satışdadır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...