Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün Rəmişin doğum günüdür - 73 yaş - VİDEO

Bu gün Azərbaycanın xalq artisti, tanınmış gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günüdür.

Metbuat.az –ın məlumatına görə, xalq artisti 73 yaşını qeyd edir. Xanımı Gülü Hüseynova metbuata sənətkarın doğum gününü evində keçirəcəyini söyləyib.

Qeyd edək ki, Rəmiş 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifndə alıb. Onun özünəməxsus yolu və gitaranı yaşatması, yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində professional şəkildə ifa edə bilir.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb.

Peşəkar ifaçı hazırda ağciyərində oksigen çatışmazlığından əziyyət çəkir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...