Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi - VİDEO

Azərbaycanda “Sülhün yaranması” adlı pantomima filmi lentə alınıb.

Mynews.az-ın Axşam.az-a istinadla məlumatına görə, ekran işinin rejissoruRauf Əhmədov, operatoru Emin Hüseynovdur. Filmin musiqisini Sevinc Tofiqqızı bəstələyib.

S.Tofiqqızı bildirib ki, “Sülhün yaranması” xaricdə də nümayiş olunacaq: “Bu, Azərbaycanda ilk pantomima filmidir. Yaxın günlərdə teatrlarımızdan birində nümayiş etdiriləcək. Daha sonra isə xaricdə festivallara göndəriləcək. İnanıram ki, maraqla qarşılanacaq. Bu, Rauf Əhmədovla son işimiz deyil. Yaxın günlərdə böyük bir layihəyə imza atacağıq”.

Ekran işində aktyorlar Əli Əlizadə, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Nurlan Rüstəmov çəkiliblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...