Tahir Əkbərin xanımı: Yeriyə və danışa bilmir
Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərinsult keçirib.
Mynews.az xəbər verir ki, o, artıq evə buraxılıb. Bəstəkarın müalicəsi ev şəraitində davam etdirilir.
T.Əkbərin həyat yoldaşı onun səhhəti barədə Oxu.Az-a açıqlama verib: “Hazırda ev şəraitində müalicə alır. Ancaq yeriyə və danışa bilmir. Əsas odur ki, həyatı üçün təhlükə yaradan mərhələni geridə qoyub. Siz zəng etməzdən bir az əvvəl ona sual verdim ki, beynində hansısa yeni melodiya var, hansı ki, səhhətin normallaşan kimi onun üzərində işləməyə başlayacaqsan. Başı ilə işarə etdi ki, var. O, danışa və yeriyə bilməsə də, ətrafında baş verən hadisələri anlayır, sözləri eşidir.
Tahir Əkbərin müalicəsi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə həkimlərin nəzarəti altındadır. Onun tezliklə sağalmasını gözləyirik”.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 976 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 945 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 935 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 934 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 932 dəfə oxunub