Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Usta tar alətində yenilik etdi - VİDEO

Vaxtının böyük hissəsini emalatxanada keçirən Bayram Ağasıyev tarın pərdəsini, xərəyini dəyişib, xüsusi mizrablar hazırlayıb.

Mynews.az bildirir ki, Şabran rayonunun Dağbilici kəndində yaşayan Bayram Ağasıyev düzəltdiyi tar alətində yeniliklər edib. O, tarın içərisindəki dayaq tirini birbaşa qolun üzərində hazırlayır. Bu isə tar alətində yenilikdir. Şabranlı usta bu cür tarın davamlılığına görə digərlərindən üstün olduğunu bildirir.

Daha bir yenilik isə ondan ibarətdir ki, usta hazırladığı tarlardan birinə 12-ci simi əlavə edib. Bayram Ağasıyev bildirir ki, tar düzəldən usta bu musiqi alətində yüksək səviyyədə ifa etməyi bacarmalıdır. Səslənmənin keyfiyyəti ustanın musiqi duyumundan birbaşa asılıdır.

Usta ancaq sifariş əsasında tar düzəldir və bu musiqi alətlərinin qiyməti 400-600 manat arasında dəyişir. Keyfiyyətli tar aləti tut və ya ərik ağacından hazırlanır. Ağacın gün düşən hissəsindən düzəldilən tarın səsi daha çox bəyənilir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...