Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Oskar" gecəsində Quran ayəsi səsləndi - FOTO

Minlərlə insan ayaqüstə alqışladı

Kino aləminin ən nüfuzlu mükafatı olan "Oskar" gecəsində Quran ayəsi səsləndi. İstiPress-in məlumatına görə, "The White Helmets" (Ağ dəbilqə) adlanan film Suriyada çox sayda insanın həyatının xilas edilməsindən bəhs edir. Ekran işi "ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında mükafat alıb.

Mərasimə rejissorun oxuduğu Quran ayəsi damğa vurub. 

Orlando vin Einsedel heykəlini aldıqdan sonra Quranın Maidə surəsindən ayəti oxuyub - "Bir həyatı qurtaran bütün bəşəriyyəti xilas etmiş olur". Daha sonra o qonaqlarlardan ayağa qalxaraq Suriya savaşının bitməsi üçün alqışlarla dəstək istəyib. Salona toplaşan minlərlə insanın alqış səsləri ilə qulaq batırıb. 

Filmdə Suriyadakı mülki müdafiə könüllülərinin hekayəsindən bəhs edilir. Lakin Donald Tramp 7 müsəlman ölkəyə viza qadağası tətbiq etdiyi üçün bəzi heyət üzvləri ABŞ-a gedə bilməyiblər. Operator Halid Hatibin də İstanbuldan Los Ancelesə gedən təyyarəyə minməsinə imkan verilməmişdi. 

Filmdən kadr

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...