Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evli qadınlarla eşq yaşayan, gözəl üzlü, mavi gözlü adam - Nazim Hikmət - FOTOLAR

Bu gün ədəbiyyatda "gözəl üzlü, mavi gözlü adam" kimi tanınan Nazim Hikmətin doğum günüdür. Əslində daha dəqiq yanaşsaq, 20 noyabr 1901-ci ildə doğulan şair ailəsi "çevrəsində 40 gün üçün böyük görünməsin” fikrindən yola çıxaraq doğum gününü 1902-ci il 15 yanvara keçirib və bu hər kəs tərəfindən belə qəbul olunub. 61 yaşında, 1963-cü ildə 3 iyun tarixində Moskvada vəfat edib, burada da dəfn olunub.

Başda şairin həyat və fəaliyyəti haqqında geniş bir məqalə yazmağı düşünmüşdüm. Amma yaradıcılığı ilə yaxından tanış olduqdan sonra qərar verdim ki, bu tarixi bir məqalədə bütünlüklə nə mən yaza bilərəm, nə də siz oxuya bilərsiniz. Ona görə də şairin irsinin, poeziyasının əsasını təşkil edən "məhəbbətdən yazacağam”. Ya da, daha dəqiq desəm, şairin sevgi hekayələrindən.

Səid Faiqin gözəl bir sözü var, deyir "Hər şey bir insanı sevməklə başlayar”. Neçə-neçə sözün, şeirin, əsərin, filmin, həyatın başlanğıcı və sonu, necə deyərlər, dünyanın əlifbası məhəbbət, şairin də irsinin əsas mövzusu olub. Belə ki, 61 illik ömür yolunda ziddiyyətli, qarışıq sevgilər yaşayan şairin ilk eşqi Nüzhet xanım olub. 

Nazim Hikmət və Nüzhet xanım

Nazim Hikmətin uşaqlıq dostu olan Nüzhet xanımla sevdası uzun çəkmir. Moskvada universitet illərində evlənən cütlüyə Nüzhet xanımın ailəsi qarşı çıxır. Moskvaya məktublar yağdıran ailə "Hər sözü ilə, hər hərəkəti ilə hər şeyə üsyan edən, hətta saçları belə bərbərin darağına üsyan edən adamla sənin kimi yumşaq xarakterli, sevimli qızınki tutmaz!” deyirdi. Çox keçmir ki, Nüzhet xanımın sağlamlığında ciddi problem yaranır və cütlük məmləkətə dönməli olur. Uzunmüddətli müalicədən sonra yaxşılaşsa da, bu halı ilə Nazimə həyat yoldaşı ola bilməyəcəyini düşünüb, bir az da ailəsinin təkidi ilə ondan ayrılır. İki il sürən evliliyin bitməsi ilə yerlə bir olan şair yaradıcılığına sarılır: 

Mavi gözlü dev (ixtisarla)

O mavi gözlü bir devdi,

Minnacık bir kadın sevdi.

Mini minnacıktı kadın.

Rahata açıktı kadın

yoruldu devin büyük yolunda.

Ve elveda! deyip mavi gözlü deve,

girdi zengin bir cücenin koluna 

bahçesinde ebruliiii

hanımeli

açan eve.

Şimdi anlıyor ki mavi gözlü dev,

Dev gibi sevgilere mezar bile olamaz: 

bahçesinde ebruliii

hanımeli 

açan ev...

Nazim Hikmət və Pirayə xanım

Pirayə şairin bacısının rəfiqəsi olur. Bir oğlu və bir qızı olan dul qadın Pirayə şairin qəlbini ələ keçirir. Pirayəyə yazdığı ilk şeirin hekayəsi isə belədir: Şair Pirayənin hüzuruna bir dəstə bənövşə ilə getməyi planlaşdırır. Ancaq qarnı ac dostlarını doyurmaq üçün bənövşə pulunu onlara xərcləyir: 

Mor Menekşe, Aç Dostlar, Ve Altın Gözlü Çocuk (ixtisarla)

EEEEEEEEEY... 

kızım, annem, karım, kardeşim 

sen 

başında güneşler esen 

altın gözlü çocuk, 

altın gözlü çocuğum benim; 

deli çığlıklar atıp avaz avaz 

burnumun dibinden gelip geçti de yaz, 

ben, bir demet mor menekşe olsun 

getiremedim 

sana! 

Ne haltedek, 

dostların karnı açtı 

kıydık menekşe parasına!

Pirayə ilə Nazim 1935-ci ildə heç kimə xəbər vermədən evlənirlər. İstanbulda yaşayan cütlüyün acı taleyi elə evləndikləri ildən başlayır. Nazim Hikmətin məhbusluq günləri başlayır. Həbsdə olduğu illərdə "Karıcım, canım karıcım” xitabıyla yazdığı məktubları, bu sevgidən bizə yadigar qalan saysız-hesabsız şeirlər yazılır: 

Piraye için (ixtisarla)

Ne güzel şey hatırlamak seni; 

ölüm ve zafer haberleri içinden,

hapiste

ve yaşım kırkı geçmiş iken...

Ne güzel şey hatırlamak seni; 

bir mavi kumaşın üstünde unutulmuş olan elin

ve saçlarında

vakur yumuşaklığı canımın içi İstanbul toprağının...

İçimde ikinci bir insan gibidir

seni sevmek saadeti...

Bu kimi onlarla şeir, məktub yazılır Pirayəyə. Ancaq uzun illər sürən sevginin bitməsi də çətin olmur. 1946-cı ildə həbsdə olarkən şairin dayısı qızı Münəvvərin şairi ziyarəti sıxlaşmağa başlayır. Və beləcə Münəvvər və Nazim sevgisinin əsası qoyulur. Çox çəkmir ki, şair Pirayə xanıma məktub yazır və hər şeyi bütün detalı ilə ona izah etməyə çalışır. Pirayə xanım bu məktubla məhv olur, ancaq heç kəsə bildirməməyə çalışır. Münəvvər isə bir övlad sahibi evli qadındır. Ərindən boşana bilməyən Münəvvərin Nazimlə sevgisi getdikcə içindən çıxılmaz bir hal almağa başlayır. Bu aralar Nazim Pirayəyə bir məktub yazır və "Yeryüzünde hiçbir insan, hiçbir insana benim sana yaptığım kötülüğü yapmamıştır. Bütün bunlara rağmen gel. Sana "gel” diyecek kadar yüzsüz ve alçaksam, ne halt edeyim, öyleyim işte. Fakat gel. Ve benden nefret ederek, beni hor hakir görerek de olsa, beni bir daha yalnız bırakma!" deyir.

Gəlməyəcəyi halda intihar edəcəyini söyləyən, durmadan müxtəlif yollarla Pirayəyə xəbər göndərən şair həbsdə aclıq aksiyası elan edir və vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilir. Elə Pirayə xanımla son görüşü də burada baş tutur. Bu müddətdə isə həbsdən çıxacağını ümid edən şairin Münəvvər xanımla görüşləri sıxlaşır. Pirayə xanım bu vəziyyəti bildiyi halda xəstəxanaya gedir və Nazim Hikmətə çıxdığı zaman evə qayıda biləcəyini deyir. Tam bu anda qapı açılır, içəriyə Münəvvər xanım və şairin bacısı daxil olur. Pirayə xanım bununla otağı tərk edir və bu onların son görüşməsi olur. 

Bundan sonra Pirayə xanım 1995-ci ilə, vəfatına qədər heç kimə heç nə demir və bir daha həyatında heç kim olmur. 1930-cu ildə başlayan, 1950-ci ildə bitən sevgidən bizə yüzlərcə şeir, məktublar, kitablar xatirə qalıb. Heyranlıqla oxumağımız üçün…

Sen benim sarhoşluğumsun

ne ayıldım

ne ayılabilirim

Ne de ayılmak isterim… 

Nazim Hikmet və Münəvvər sevgisi

Sen esirliğim ve hürriyetimsin, 

Çıplak bir yaz gecesi gibi yanan etimsin, 

Sen memleketimsin. 

Sen ela gözlerinde yeşil hareler, 

Sen büyük,güzel ve muzaffer 

Ve ulaşıldıkça ulaşılmaz olan hasretimsin…”

1950-ci ildə Nazim Hikmət azadlığına qovuşur. Və həbsdən çıxaraq Münəvvərlə evlənir. 1951-ci ildə oğulları Məhmət dünyaya gələr. Nazimə hədsiz dərəcədə bənzəyən Məhmətin doğumundan sonra 49 yaşlı şairin əsgər getməsi tələbi gəlir. Uzun sürən mübarizədən sonra Nazim Hikmət əsgərlik üçün Moskvaya yollanır. Və bunun ardından uzun sürən vətən həsrəti başlayır. 

"Sevgilim, gonca gülüm 

Başladı Lehistan ovasında yolculuğum.

…………….

Sevgilim, dayı kızım, Memed’imin anası, 

Dedelerimizden biri 

1848 Polonya muhaciri.

Belki o Varşovalı güzel kadına, senin 

İkizmişsiniz gibi benzeyişiniz bundandır,

Belki ben bu yüzden böyle sarı bıyıklı 

Böyle uzun boyluyum, 

Oğlumuzun gözleri böyle kuzek mavisi”.

1958-ci il Nazim Hikmət Parisdədir: 

"Sensiz Paris gülüm, 

Bir havai fişeği 

Bir kuru gürültü 

Kederli bir ırmak. 

Yıktı mahvetti beni Paris’te durup dinlenmeden, gülüm 

Seni çağırmak.”

1961-ci ildə Münəvvər oğlunu da götürüb qaçaq yollarla Varşavaya gəlir. Və bir oteldə illər sonra Nazimlə görüşür. Münəvvər burada bir iş tapacağına və sevdiyi ilə birgə yaşayacaqlarını düşünür. Amma bu illər ərzində Nazim artıq "yeni sulara yelkən açır" və Vera adlı rus qızına vurulur. Şair vəziyyəti Münəvvərə izah edir. Münəvvər bundan sonra oğlunu da götürərək Fransaya gedir və bir fransızla evlənib ömrünün sonuna qədər orada yaşayır. 

Nazim Hikmət və Vera

"Saçları saman sarısı, kirpikleri mavi, kırmızı dolgun dudaklı” deyə 1961-ci ildə yazdığı "Saman Sarısı”şeiri ilə ölümsüzləşdirdiyi qadının adı Veradır. Şair özündən otuz yaş kiçik, evli, bir uşaq anası Veraya gördüyü ilk andan vurulmuşdu. Nazim Hikmət evli olmasını vecinə almadan saatbaşı zəng etdiyi Veranın qəlbini nəhayət oğurlaya və onunla evlənməyi bacara bilir. Bundan sonra şeirlər Veraya yazılır: 

Kimseler yapamaz senin resmini

Sen kendi resmini kendin de yapamazsın

Bir açılıp bir kapanır kapılar yüreğinde

Senin resmini ben yapacağım.”

Ömrünün sonun qədər getdiyi hər yerdən ona şeirlər yazan şairin son şeiri də Veraya ünvanlanır:

"Gelsene dedi bana

 Gülsene dedi bana

 Ölsene dedi bana 

 Geldim

 Kaldım

 Güldüm

 Öldüm."

1963-cü ildə vətən həsrətiylə ölən şairin son həyat yoldaşı Vera onun ölümündən sonra heç kimlə evlənmir və 2001-ci ildə Moskvada vəfat edir. 

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm də xasdır. Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirib. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunub, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub. "Günəşi içənlərin türküsü" adlı ilk şeir kitabı 1928-ci ildə Bakıda çap olunub. Həyatının müxtəlif dönəmlərində dəfələrlə həbsdə olan şairin yaradıcılığında o illərə aid xeyli şeirlər yer alıb:

Ben içeri düştüğümden beri güneşin etrafında on kere döndü dünya

Ona sorarsanız: ’Lafı bile edilemez, mikroskopik bi zaman...’

Bana sorarsanız: ‘On senesi ömrümün...’

Bir kurşun kallemim vardı, ben içeri düştüğüm sene 

Bir haftada yaza yaza tükeniverdi

Ona sorarsanız: ’Bütün bi hayat...’

Bana sorarsanız: ‘Adam sende bi hafta...’

Katillikten yatan Osman; ben içeri düştüğümden beri 

Yedibuçuğu doldurup çıktı.

Dolaştı dışarda bi vakit, 

Sonra kaçakçılıktan tekrar düştü içeri, altı ayı doldurup çıktı tekrar

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdı. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələnib. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva şairin büstünü yaradıb. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...