Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! - Ağır xəstəlikdən əziyyət çəkən xalq artistimiz bu saatlarda VƏFAT ETDİ - FOTO

Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, bu barədə qafqazinfoya rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.

Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəsyəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah "Təzə Pir" məscidində baş tutacaq.

Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.

Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə "Cücələrim" rəqs ansamblına rəhbərlik etməyə başlayıb.

Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.

O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.

SON DƏQİQƏ! Ağır xəstəlikdən əziyyət çəkən xalq artistimiz bu saatlarda VƏFAT ETDİ - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...