Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti dünyasını dəyişdi - FOTO

Gülcahan Güləhmədova-Martınova dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, rejissor xəstəlik nəticəsində, 92 yaşında vəfat edib.

Qeyd edək ki, Gülcahan Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.(yenicag)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...