Azərbaycanın yaradıcı ziyalıları İlham Əliyevin namizədliyini dəstəkləyir
Bu gün Dövlət Filarmoniyasında aprel ayında ölkədə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyinin Azərbaycanın yaradıcı ziyalıları tərəfindən dəstəklənməsi ilə bağlı yığıncaq keçirilib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər şəxslər ölkə Prezidentinin Azərbaycanın inkişafında gördüyü işlərdən danışıblar. Bildirilib ki, dövlət başçısının rəhbərliyi dövründə Azərbaycan incəsənəti, mədəniyyəti yüksək inkişaf edib, yaradıcı adamlara lazımi qiymət verilib. Dövlət başçısının Azərbaycan mədəniyyətinə verdiyi töhfə nəticəsində yaradıcılıq sahəsində bir çox uğurlar əldə olunub.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaradıcılıq, idman və incəsənət mərkəzinə çevrilib: "Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. Ölkədə bütün sahələrdə, o cümlədən, mədəniyyət və incəsənət sahəsində inkişaf davam edir. Bu inkişaf İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir".
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov bildirib ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, ordusu inkişaf edib: "Azərbaycanda teatr binalarının təmir edilməsi, "Teatr haqqında" qanunun qəbulu da incəsənətin inkişafından xəbər verir".
Tədbirin sonunda yaradıcı ittifaqların bəyanatı qəbul edilib. Bəyanatda bildirilib ki, yığıncaq iştirakçıları aprelin 12-də keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və ona yekdilliklə səs cerəcəklər.
Bəyanat ittifaq sədrləri tərəfindən imzalanıb.
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1109 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1096 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1096 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1093 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub