Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aviasiya üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyası keçirilib - FOTO

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyası keçirilib. 

Mynews.az xəbər verir ki, sessiya təşkilatın Bakı şəhərində yerləşən qərargahında baş tutub.

İclasda praktiki olaraq regionun bütün ölkələrindən nümayəndələr iştirak ediblər.

Sessiyanı Şuranın rəhbəri, professor Tatyana Anodina açıb. Xanım Anodina Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, ölkənin aviasiya hakimiyyətinə və AZAL QSC-yə Bakı şəhərində Şuranın və onun aparatının işi üçün şəraitin yaradılmasına və qurumun beynəlxalq fəaliyyətinə dəstəyə görə təşəkkürünü bildirib.

Xanım Anodina İCAO Assambleyasının 39-cu sessiyasının qərarlarının yerinə yetirilməsi, İCAO-DAK (Monreal, 2016-cı il) layihəsinin müddətsiz sazişinin, İATA ilə sazişlərin və təşkilatın 90-dan çox mövcud beynəlxalq sazişlərinin həyata keçirilməsi üzrə Dövlətlərarası Şura/DAK-ın işin yekunları və fəaliyyətinin daha da təkmilləşdirilməsi barədə məruzəni təqdim edib.

Xanım Anodina regionda mülki aviasiya sahəsində və dünya aviasiyasında təhlükəsizlik sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə 2018-ci ilin fevral ayında İATA-nın baş direktoru A. de Jünyak ilə keçirilən danışıqların nəticələri barədə məlumat verib.

Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə və AZAL QSC-nin rəhbəri, Dövlətlərarası Şurasının birinci vitse-prezidenti Cahangir Əsgərov iclas iştirakçılarını salamlayıb.

Şuranın sessiyasında geniş əhatəli məsələlər – İCAO-DAK layihəsinin reallaşdırılmasının gedişatı; regionda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin vəziyyəti; aviasiya qaydaları sisteminin  təkmilləşdirilməsi və onların bundan sonra da İCAO-nun standartları və İATA-nın tövsiyələri ilə uyğunlaşdırılması; hava hərəkətinin təşkili və aeronaviqasiya təminatının təkmilləşdirilməsi sahəsində Dövlətlərarası Şura/DAK-ın təşəbbüsləri; hava nəqliyyatı fəaliyyətinin liberallaşdırılması, Sazişə üzv dövlətlərin əhalisi üçün aviasiya xidmətlərinin əlçatanlığının artırılması, İCAO və İATA ilə  əməkdaşlıqda aviasiya mütəxəssislərinin hazırlanması üzrə beynəlxalq proqramın həyata keçirilməsi; elmi tədqiqat və ekspert fəaliyyətinin inkişafı, DAK-ın maliyyə auditi, Dövlətlərarası Şuranın və DAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi kimi məsələlərə baxılmış və müzakirə olunub.

Sessiya çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi, inteqrasiya əməkdaşlığının inkişafı sahəsindəki nailiyyətlərə və yüksək peşəkarlığa görə Sazişə üzv ölkələrin aviasiya müəssisələrinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə xüsusi yer Mərkəzi Aerohidrodinamika İnstitutunun 100 illiyi ilə əlaqədar mükafatlandırılmasına verilib.  

Sessiya iştirakçıları tərəfindən Dövlət Şurası/DAK-ın təşəbbüsləri, ilk növbədə aviasiya hadisələrinin müstəqil araşdırılması və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanması olmaqla Dövlət Şurası/DAK tərəfindən uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq proqramların həyata keçirilməsi üzrə görülən işlərin vacibliyi sessiya iştirakçıları tərəfindən bəyənilib.

Onlar İCAO, region dövlətləri, İATA və beynəlxalq aviasiya birliyi ilə sıx əməkdaşlıqda fəaliyyətin bu istiqamətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sessiya iştirakçıları İCAO-nun “Heç bir ölkə diqqətdən kənar qalmayacaq” Proqramı və İATA-nın “Təhlükəsizlik naminə Tərəfdaşlıq” Proqramına sadiq olduqlarını təsdiq ediblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...