Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı ifası ilə münsifləri heyran etdi - VİDEO

NTV telekanalında “Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsi davam edir.

Layihədə MDB-dən olan uşaqlar iştirak edir.

Mynews.az Oxu.Az-a istinadən bildirir ki, şounun budəfəki qonağı Zaqataladan olan yeniyetmə Namiq Cəbrayılov olub.

O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin “Gözəllik kraliçası” mahnısını oxuyub.

Namiqin çıxışı münsiflər heyətinin hamısının xoşuna gəlib. Münsiflər heyəti yekdilliklə ona səs verib. Beləliklə, həmyerlimiz “Sən supersən!” şousunun növbəti turuna keçib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...