Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Dövlət Mahnı Teatrında eyniadlı balet-tamaşa nümayiş olunub

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunub.

Mynews.az-ın məlumatına görə, rejissor Ella Hacıyevanın quruluşunda təqdim olunan tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.

Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələr üzərində qurulub. Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə əsəri kiçik və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Sənət ocağı çoxsaylı müraciətləri nəzərə alaraq yanvarın 29-da E.Hacıyevanın quruluşunda “Şahzadə və qurbağa” balet-tamaşası ilə yenidən balacaların görüşünə gələcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...