Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həsənağa Adıgözəlzadə vəfat edib

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan, Əməkdar incəsənət xadimi, Həsənağa Adıgözəlzadə dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov yayıb.

Bildirilir ki, 72 yaşlı mərhum bəstəkarın cənazəsi bu gecə Türkiyədən Bakıya gətirilib.

Bu gün 12:00-dan 14:00-a dək Təzə Pir məscidində Həsənağa Adıgözəlzadə ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Adıgözəlzadə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin əmisidir.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...