Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib - FOTO

Bu gün Bakıda - Nizami Kinoteatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.

Mynews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən F.Ələsgərov vurğulayıb ki, hazırda Azərbaycanda siyasi sabitlik hökm sürür:

“Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz uğurlu inkişaf yolu keçdi. Azərbaycanda siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi uğurla aparıldı, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

Köklü islahatlarla yanaşı, ölkəyə irihəcmli investisiyalar cəlb edildi. Ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycanın əsas sərvəti olan neftin dünya bazarına çıxışı üçün dünyanın nəhəng neft şirkətləri ilə müqavilələr imzalandı. “Əsrin müqaviləsi” bu siyasətin bariz nümunəsidir. 

Hazırda bu siyasət cənab prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda siyasi sabitlik hökm sürür. İqtisadiyyat inkişaf edir, müstəqil xarici siyasət aparılır.  Üçrəngli bayrağımız bir çox nüfuzlu təşkilatlarda dalğalanır”.

Daha sonra Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər.

Onlar çıxışlarında Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyindəki rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıblar, o cümlədən kliplə bağlı fikirlərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...