Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Beynəlxalq İncəsənət festival- müsabiqəsi keçiriləcək

Martın 17-dən 19-dək Avropa müsabiqə komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası "Testene Art" və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət festival- müsabiqəsi keçiriləcək. Mynews.az-ın məlumatına görə, martın 19-da festival- müsabiqənin qaliblərinin qala-konserti baş tutacaq.
 
Münsiflər heyətinin tərkibində Rusiyanın əməkdar artisti, əməkdar incəsənət xadimi, musiqişünas  Qalina Preobrajenskaya və fəxri qonaq kimi Fabio Lamborgini iştirak edəcəklər.
 
Festival – müsabiqə müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə keçiriləcəkdir. Dünyanın müxtəlif ölkələrindən solistlər , ansambl və müxtəlif yaradıcı kollektivlər dəvət olunub.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...