Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Error” tamaşası nümayiş olunacaq

Yanvarın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Tərlan Ənginin quruluşunda “Error” tamaşası nümayiş olunacaq.

Mynews.az-ın verdiyi məlumata görə, tamaşa Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət” layihəsi çərçivəsində reallaşacaq.

Prodüseri Səbuhi Məmmədov olan səhnə əsrində aktyorlar Zaur Əliyev, Abbasağa Əlizadə, Zarina Qurbanova və Dəniz Tacəddin çıxış edəcək.

Səhnə əsrində sosial-mənəvi problemlər kontekstində insan münasibətlərindən danışılır. Həmçinin, tamaşa iki aləmin sərhədində qalan dörd gəncdən bəhs edir. Real dünyadan, virtual məkana və yenə də real aləmə keçid edən qəhrəmanların zamanla bağlı, sosial-mənəvi problemlərə və insani münasibətlərə olan baxışlarında illüziya yaranır.

Xoronometrajı 40 dəqiqə olan səhnə əsərinin nümayişində hər kəs iştirak edə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...