Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nərgiz Əliyarova Nyu-Yorkda konsert verəcək

Fevralın 18-də Əməkdar Artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova Nyu-Yorkda "DiMenna Center"də konsert proqramı ilə çıxış edəcək.

Mynews.az xəbər verir ki, konsertdə Y.Haydn, V.Motsart, F.List, F.Şopen, K.Debüssi, S.Raxmaninov, E.Lekuona və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

“Sphinx Global Scholars” proqramı çərçivəsində reallaşacaq musiqi axşamında Nərgiz Əliyarova violonçel ifaçısı Tomas Mesa ilə çıxış edəcək.

Konsert barədə məlumat Nərgiz Əliyarovanın, Tomas Mesanın və "azeriamericanews.com" saytlarında yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...