Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV-nin məşhur serialı yayımını dayandırdı

ATV-də efirə gedən “Qardaşlar” serialı yayımını dayandırıb. 

Mynews.az-ın məlumatına görə, bu haqda Axşam.az-a açıqlamasında ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, maddi problemlər ucbatından belə bir addım atıblar:

“Mövsüm finalını edəndə serialı bağlamaq planımız yox idi. Ona görə də final bölüm yayımlamadıq. Reytinqlərdə də hər zaman birinci olurduq. 

Amma maddi problemlər yaşayırdıq. Rəhbərliklə danışıb qərara gəldik ki, serialı dayandıraq”.

Qeyd edək ki, 2015-ci ildən yayımlanan "Qardaşlar"da əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Fərda Xudaverdiyev, Ənvər Abbasov, aparıcı İlhamə Bədəlova və başqaları rol alırdılar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...