Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toy marşının tarixçəsi - VİDEO

Feliks Mendelson-Bertoldinin toyların vazkeçilməz atributlarından olan "Toy marşı" 1843-cü ildə Şekspirin "Yay gecəsində yuxu" əsəri üçün yazılıb və həmin vaxt populyarlıq qazanmayıb. 

Lakin 15 ildən sonra baş verən hadisə bu marşın taleyində həlledici rol oynayıb.  İngilis şahzadəsi Viktoriya Adelgeyd Avstriya şahzadəsi IV Vilhelmlə toyuna hazırlaşarkən musiqi müşayiətinə çox ciddi yanaşıb. Viktoriya toy üçün şəxsən iki marş seçib. 1858-ci il yanvarın 25-də yeni evlənənlər kilsəyə Vaqnerin "Loenqrin" operasından "Toy xoru" marşı ilə daxil olublar.Kilsədən çıxanda gəncləri "Yay gecəsində yuxu" əsərindən "Toy marşı" müşayiət edib. 
 
Həmin vaxtdan Mendelsonun musiqisi ən populyar toy marşına çevrilib. Vaqnerin əsərinin bəxti isə daha az gətirib. 
Sputnik.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...