Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arzu Əliyeva kinomuzun 120 illiyi ilə bağlı tədbirdə - FOTOLAR

Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.

Mynews.az xəbər verir ki, tədbirə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva həyat yoldaşı Səməd Qurbanovla qatılıb.

Gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjimanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış video-kontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...